Tərtər sakini şəxsi kitabxanasına 12 mindən çox kitab toplayıb - FOTO

Tərtərdə 12000-dən artıq kitabın toplandığı şəxsi kitabxana

© APA | Tərtərdə 12000-dən artıq kitabın toplandığı şəxsi kitabxana

# 28 dekabr 2021 15:09 (UTC +04:00)

Tərtər sakini şəxsi kitabxanasına 12 mindən artıq kitab toplayıb. Onların içərisində yaşı 300-dən çox olan kitab da yer alır.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini Rauf Həsənzadə şəxsi kitabxanasında yer alan kitabların çoxunu 1980-ci illərdə elektromexanika zavodunun direktoru işləyən zaman keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə ezam olunarkən topladığını bildirib.

Həmin kitablar içərisində ensiklopediyalar, dünya ədəbiyyatından, xalq təbabətindən bəhs edən kitablar daha çox üstünlük təşkil edir.

Kitabxanada yüzlərlə kitabın yaşı 70-dən, 18 kitabın yaşı 200-dən artıqdır. Ən çox yaşı olan kitab isə 1717-ci ildə Birinci Pyotrun sərəncamı ilə çap olunmuş “Məişətdə davranış qaydaları” kitabıdır. Həmin kitab cəmi yüz nüsxədə çap edilib və zadəgan ailələrin məişət davranışlarını təbliğ edir.

Kitabxanasında nadir kitablarla yanaşı qədim-tarixi sənədlər, həmçinin qəzet və jurnallar da yer alır. Həmin sənədlər bilavastə ermənilərin ölkəmizə qarşı ərazi iddialarını ifşa edir.

Elgün Gəncimsoy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR