Avropada qazın qiyməti 1 100 dolları ötüb

Avropada qazın qiyməti 1 100 dolları ötüb
# 14 yanvar 2022 15:06 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti təqribən 1 100 dollarını ötüb.

"APA-Economics"in məlumatına görə, 14 yanvar tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) fevral fyuçerslərinin qiyməti 1 113 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 10,9% çoxdur.

Xatırladaq ki, dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR