İtaliya və Fransa Ukraynaya göndəriləcək zenit-raket kompleksinin hazırlıqlarını başa çatdırıb

İtaliya və Fransa Ukraynaya göndəriləcək zenit-raket kompleksinin hazırlıqlarını başa çatdırıb
# 22 yanvar 2023 23:26 (UTC +04:00)

İtaliya və Fransa SAMP/T zenit-raket kompleksinin Ukraynaya göndərilməsi üçün hazırlıqlarını tamamlayıb.

APA-nın məlumatına görə, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

O, digər yardımların da olacağını bildirsə də, təfərrüatları açıqlamaqdan imtina edib.

Diplomat xatırladıb ki, İtaliya artıq Ukraynaya 1 milyard avro dəyərində 5 müdafiə yardımı paketi təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR