Monteneqroda növbədənkənar parlament seçkilərinin vaxtı bilinib

Monteneqroda növbədənkənar parlament seçkilərinin vaxtı bilinib
# 17 mart 2023 16:58 (UTC +04:00)

İyunun 11-də Monteneqroda növbədənkənar parlament seçkiləri keçiriləcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü mətbuat konfransında respublika prezidenti Milo Cukanoviç bildirib.

"Mən seçkiləri iyunun 11-nə təyin etmək qərarına gəldim", - Cukanoviç vurğulayıb.

Martın 16-da o, Monteneqroda prezident seçkilərinə üç gün qalmış parlamenti buraxıb. Respublikanın konstitusiyasına görə, yeni seçkilər parlament buraxıldığı andan etibarən 60 gündən tez, 100 gündən gec olmayaraq keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR