Slovakiyanın müdafiə naziri Yaroslav Nad və Ukraynanın Bratislavadakı səfiri Miroslav Kastran Kiyevə 13 ədəd MiQ-29 qırıcı təyyarəsi, eləcə də 2 ədəd Kub zenit-raket kompleksinin təhvilinə dair hökumətlərarası saziş imzalayıblar.
APA-nın məlumatına görə, bu barədə cümə günü TASR xəbər agentliyi məlumat yayıb.
Bundan əvvəl Slovakiya hökuməti 2022-ci ilin avqustunda hərbi hava qüvvələrinin inventarından çıxarılan MiQ-29 qırıcılarının Ukraynaya göndərilməsi barədə qərar qəbul edib. Bratislava buna görə ABŞ və Aİ-dən təyyarələrə görə təzminat gözləyir. Slovakiya mətbuatı yazır ki, Vaşinqton Bratislavaya 700 milyon dollara hərbi texnika tədarük etməlidir, Aİ isə xüsusi fonddan 200 milyon dollar ödəməyi öhdəsinə götürür.