ÜST uşaqların COVID-19-a qarşı tam peyvənd edilməsinin əleyhinə olduğunu açıqlayıb

ÜST uşaqların COVID-19-a qarşı tam peyvənd edilməsinin əleyhinə olduğunu açıqlayıb
# 23 dekabr 2021 02:32 (UTC +04:00)

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaq və yeniyetmələrin koronavirusa qarşı tam peyvənd edilməsini tövsiyə etmir, çünki bu yaş qrupunda ciddi xəstəlik halları azdır.

APA xəbər verir ki, bu barədə ÜST-ün immunizasiya üzrə ekspertlərdən ibarət strateji məsləhət qrupunun Cenevrədə yaydığı bəyanatda deyilir.

Həmçinin digər səbəb kimi bildirilib ki, bir sıra ölkələrdə əhalinin yüksək risk qrupundan olan təbəqələri hələ də tam peyvənd olunmayıb.

Qeyd edək ki, daha əvvəl ÜST rəhbəri Qebreyesus bildirimişdi ki, vaksinlərə bərabər çıxışı təmin etmək üçün əlavə tədbirlərə ehtiyac var: “Birinci və ya ikinci peyvəndi hələ almamış tibb işçiləri, yaşlılar və riski yüksək olan digər şəxslər üçün peyvənd imkanlarının təmin edilməsinə üstünlük verilməlidir. Afrikada hər dörd tibb işçisindən üçü peyvənd olunmur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR