Ukrayna Prezidenti Vladimir Zelenski Ali Baş Komandanın qərargahının növbəti iclasını keçirib.
APA-nın məlumatına görə, bu barədə Ukraynanın “Klymenko Time” nəşri özünün Telegram-kanalında yazıb.
Məlumata görə, Qərargah iştirakçıları Ukrayna Silahlı Qüvvələrinin texnika ilə təchiz olunma tempini ətraflı nəzərdən keçiriblər. Bundan əlavə, onlar çatışmayan döyüş sursatlarının yerli istehsalının artırılması perspektivlərini təhlil ediblər.