Mariano Dias “Real”ı tərk edəcək

Mariano Dias “Real”ı tərk edəcək
# 26 may 2023 12:36 (UTC +04:00)

“Real”ın futbolçusu Mariano Dias yayda klubu tərk edəcək.

Apasport.az saytının məlumatına görə, dominikanlı hücumçu İspaniya klubundan azad agent kimi ayrılacaq.

29 yaşlı forvard aldığı təklifləri nəzərdən keçirir. Dias ümumilikdə 6 mövsümdür “Real”ın formasını geyinir. Bu müddətdə 60 matça çıxan futbolçu 7 qola imza atıb.

Qeyd edək ki, Mariano “Real”a qayıdana qədər “Lion”da forma geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR