AFFA-nın milliləşdirmək istədiyi futbolçu baş məşqçini təkbətək söhbətə çağırıb

AFFA-nın milliləşdirmək istədiyi futbolçu baş məşqçini təkbətək söhbətə çağırıb
# 17 yanvar 2023 16:35 (UTC +04:00)

Rusiyanın “Ximki” klubunda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev qalmaqalın iştirakçısı olub.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi komandanın baş məşqçisi Spartak Qoqniyevlə dalaşmaq həddinə çatıb.

Hadisə “Ximki”nin BƏƏ-dəki toplanışındakı məşq zamanı yaşanıb. Baş məşqçinin çoxsaylı iradları Ayazı özündən çıxarıb. O, öncə sərt şəkildə narazılığını bildirib, ardınca baş məşqçiyə kənarda təkbətək söhbətə çağırıb. Ətrafdakılar müdaxilə edərək münaqişəni yatıra bilib.

Qeyd edək ki, AFFA-nin milliləşdirmək istədiyi Rusiya yığmasının sabiq üzvü ölkəmizin bir neçə klubunun maraq dairəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR