Avropa Liqası: “Qarabağ” "Nant"la oynayacaq

Avropa Liqası: “Qarabağ” "Nant"la oynayacaq
# 15 sentyabr 2022 01:12 (UTC +04:00)

Bu gün Avropa Liqasında II turun oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” ilk ev matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri Fransa “Nant”ını sınağa çəkəcək. Ötən həftə Almaniyada “Frayburq”a 1:2 hesabı ilə uduzan ağdamlılar ilk xallarını qazanmaq üçün mübarizə aparacaq.

Cari mövsümdə evdə uduzmayan “Qarabağ” uğurlu seriyanı davam etdirmək və favorit sayıldığı qarşılaşmadan itkisiz ayrılmağa çalışacaq. İlk turda “Olimpiakos”u məğlub edən qonaqlar isə səfər sindromunu qırmaq arzusundadır.

Qeyd edək ki, qrupun digər oyununda “Olimpiakos” Yunanıstanda Almaniya təmsilçisi “Frayburq”u qəbul edəcək.

Avropa Liqası
Qrup mərhələsi, II tur
15 sentyabr
20:45. “Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa)
Baş hakim:
Enea Jorgji (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR