Azərbaycan Kubokunda final oyununun stadionu dəqiqləşib

Azərbaycan Kubokunda final oyununun stadionu dəqiqləşib
# 03 may 2022 18:39 (UTC +04:00)

Azərbaycan kubokunda 2021/2022-ci illər mövsümünün final görüşünün məkanı müəyyənləşib.

Apasport.az-ın PFL-in saytına istinadən məlumatına görə, “Qarabağ” və “Zirə” komandaları arasında baş tutacaq həlledici qarşılaşma Qəbələ şəhər stadionunda oynanılacaq.

Oyun mayın 27-də keçiriləcək. Görüş saat 19:00 tarixinə təyin olunub.

Final matçının nominal meydan sahibini müəyyənləşdirəcək püşkatma mərasimi mayın 5-də təşkil olunacaq. AFFA-nın inzibati binasında hər iki komanda və Peşəkar Futbol Liqasının nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbir saat 12:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR