Azərbaycan milli komandası Moldovanı məğlub edib

Azərbaycan milli komandası Moldovanı məğlub edib
# 16 noyabr 2022 22:52 (UTC +04:00)

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri Moldova ilə yoldaşlıq görüşünə çıxıb.

Son üç matçında qələbələri sıralayan yığmamız uğurlu seriyanı Kişinyovda da davam etdirib. “Zimbru” stadionunda baş tutan qarşılaşmada rəqibini 2:1 hesabı ilə məğlub edən Canni de Byazinin yetirmələri ardıcıl 4-cü qalibiyyətinə sevinib.

Qeyd edək ki, millimiz noyabrın 20-də növbəti yoldaşlıq görüşü çərçivəsində Şimali Makedoniya ilə üz-üzə gələcək.

Yoldaşlıq oyunu
16 noyabr
21:00. Moldova – Azərbaycan - 1:2
Qollar:
Nikita Motspan, 90+2 - Emin Mahmudov, 28, Aleksey İsayev, 42
Baş hakim: Denis Şurman (Ukrayna)
Moldova: 1. Dmitri Çelyadnik, 2. Oleq Ryabçuk, 4. İqor Armaş, 7. Artur Yonitse (k), 10. Yevgeni Koçuk, 11. Vitali Damaşkan, 13. Mixail Kaymakov, 14. Yuri Yovu, 17. Daniel Dumbravanu, 21. Yoan-Kelin Revenko, 22. Vadim Ratse
Ehtiyat oyunçular: 12. Kristian Avram, 23. Dorian Raylyan, 3. Vadim Boloxan, 5. Mixai Platika, 6. Kristian Dros, 8. Nikita Motspan, 9. Mixail Ştefan, 15. Yon Jardan, 16. Viktor Stine, 18. Marius İosipoi, 19. Virciliu Postolaki, 20. Serciu Platika, 24. Yaser Tsurkan, 25. Niki Kleşenko, 26. Artur Kojokari
Baş məşqçi: Sergey Kleşçenko
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 15. Bəxtiyar Həsənalızadə, 18. Anton Krivotsyuk, 19. Elvin Cəfərquliyev, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü, 22. Aleksey İsayev, 24. Musa Qurbanlı
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Amin Seydiyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Cəlal Hüseynov, 7. Namik Ələskərov, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 13. Ceyhun Nuriyev, 14. Anatoli Nuriyev, 16. Elvin Camalov 17. Toral Bayramov, 25. Rövlan Muradov, 26. Qismət Alıyev
Baş məşqçi: Canni de Byazi
Kişinyov. “Zimbru” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR