“Çelsi”nin futbolçusu “Barselona” ilə müqaviləni razılaşdırıb

“Çelsi”nin futbolçusu “Barselona” ilə müqaviləni razılaşdırıb
# 25 yanvar 2022 14:43 (UTC +04:00)

“Çelsi”nin futbolçusu Sesar Aspilikueta yayda “Barselona”ya keçəcək.

Apasporta.az saytının məlumatına görə, 32 yaşlı ispaniyalı müdafiəçi La Liqa klubu ilə 3+1 illik müqavilə imzalayacaq.

Tərəflər müqavilənin şərtlərini də razılaşdırıblar. Sesarın keçidi “Çelsi” ilə müqaviləsi başa çatdıqdan sonra reallaşacaq. O, azad agent kimi yeni klubuna keçəcək.

Qeyd edək ki, Aspilikueta cari mövsüm 27 oyun keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR