DÇ-2022: Cənubi Koreya 1/8 finala çıxıb, Uruqvay və Qana qrupda qalıb

DÇ-2022: Cənubi Koreya 1/8 finala çıxıb, Uruqvay və Qana qrupda qalıb
# 02 dekabr 2022 21:09 (UTC +04:00)

Bu gün Qətərdə keçirilən DÇ-2022-də qrup mərhələsinin son oyunlarına start verilib.

Apasport.az saytının məlumatına görə, öncə H qrupunda mübarizəyə yekun vurulub.

Ardıcıl iki qələbə ilə 1/8 finala vəsiqəni təmin edən Portuqaliya gözlənilmədən hesabda üstün olduğu görüşdə Cənubi Koreyaya uduzub. Uruqvay da Qanaya qalib gəlib xalları və top fərqini bərabərləşdirsə də, çox qol vuran asiyalılar pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, bu gün G qrupunda da son turun qarşılaşmaları keçiriləcək.

DÇ-2022, qrup mərhələsi
H qrupu
III tur
2 dekabr
19:00. Cənubi Koreya – Portuqaliya - 2:1
Qollar:
Kim Yanq-quan, 27, Hvanq Hi-çan, 90+1 – Rikardu Orta, 5
19:00. Qana – Uruqvay - 0:2
Qollar:
Şorşan de Araskaeta, 26, 32
Qolla nəticələnməyən penalti: Andre Ayu, 21

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR