DÇ-2022: Uelsdən əzmkar heç-heçə - YENİLƏNİB

DÇ-2022: Uelsdən əzmkar heç-heçə  - YENİLƏNİB
# 22 noyabr 2022 01:09 (UTC +04:00)

Qətərdə keçirilən DÇ-2022-nin ikinci oyun gününə B qrupunun matçı ilə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, qrupda turun son görüşündə ABŞ və Uels yığmaları görüşüb.

Qaret Beyl və komanda yoldaşları Avropa təmsilçisinin mundiala qələbə ilə başlaması üçün əlindən gələni edib. Lakin onlar matçın sonlarına yaxın bərabərliyə nail olub. Belə ki, oyunda hesabı Timoti Vea ilə amerikalılar açıb. 82-ci dəqiqədə penaltidən fərqlənən Qaret Beyl matçın yekun hesabını müəyyənləşdirib - 1:1.

Qeyd edək ki, qrupun bu gün daha öncə baş tutan digər matçında İngiltərə İrana böyükhesabla qalib gəlib - 6:2.

DÇ-2022, qrup mərhələsi
21 noyabr
B qrupu
23:00. ABŞ - Uels - 1:1

Qollar: Timoti Vea, 36, Qaret Beyl, 82 (pen.)

***

23.13

Qətərdə keçirilən DÇ-2022-nin ikinci oyun gününə B qrupunun matçı ilə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, qrupda turun son görüşündə ABŞ və Uels yığmaları görüşür.

Qaret Beyl və komanda yoldaşları Avropa təmsilçisinin mundiala qələbə ilə başlaması üçün əlindən gələni edəcək. Şimali amerikalılar Qətərə əbəs yerə gəlmədiklərini sübut etmək üçün meydana çıxıb.

DÇ-2022, qrup mərhələsi
21 noyabr
B qrupu
23:00. ABŞ - Uels - 0:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR