Konfrans Liqası: “Zirə” “Makkabi” ilə heç-heçə edib

Konfrans Liqası: “Zirə” “Makkabi” ilə heç-heçə edib
# 28 iyul 2022 23:21 (UTC +04:00)

“Zirə” avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun yetirmələri Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə Təl-Əviv “Makkabi”sinin qonağı olub.

Evdəki görüşdə 0:3 hesabı ilə uduzan Bakı klubu İsraildəki qarşılaşmada heç-heçəyə imza atıb. Böyük ölçüdə formal xarakter daşıyan matçda qapılara qol vurulmayıb. Bununla da iki oyunun yekununda məğlub olan “Zirə” Konfrans Liqası ilə vidalaşıb.

Qeyd edək ki, Azərbaycanın bu turnirdəki üç təmsilçisindən yalnız “Neftçi” mərhələ adlayıb, “Qəbələ” isə “Zirə” kimi avrokuboklarla vidalaşıb.

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
21:30. “Makkabi” (Təl-Əviv, İsrail) – “Zirə” (Azərbaycan) - 0:0
Baş hakim:
Mario Zebeç (Xorvatiya)
“Makkabi”: 1. Daniel Peretz, 4. Enrix Saborit, 21. Şeran Yeini (k), 28. Andre Geraldes, 14. Yoris van Overeem, 16. Qavriel Kaniçovski, 23. Eyal Qolasa, 17. Brendli Kuvas, 99. Corce Yovanoviç, 5. İdan Naçmias, 77. Matan Hozez,
Ehtiyat oyunçular: 19. Daniel Tenenbaum, 9. Stip Perika, 10. Dan Biton, 11. Eylon Almoq, 22. Avi Rikan, 30. Maor Kandil, 24. Nadav Aviv Niddam, 32. Dor Turjeman, 37. Oskar Qulok, 27. Ofir Davidzada, 6. Dan Qleyzer, 66. Nir Bitton
Baş məşqçi: Vladimir İviç
“Zirə”: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 18. Slavik Alxasov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 26. Nemanya Andelkoviç, 44. Dimitrios Çantakias, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 4. Cəlal Hüseynov, 7. Filipe Pahtmann, 13. Ramin Əhmədov, 9. Loris Broqno, 47. Mohamed Hamdaoui, 56. Samir Ağayev, 64. Mahmud Ağayev, 77. Mirsayib Abbasov, 2. Sertan Taşkın
Baş məşqçi: Rəşad Sadıqov
Təl-Əviv. Blumfild stadionu
İlk oyun – 3:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR