La Liqada 8 qollu heç-heçə qeydə alınıb - VİDEO

La Liqada 8 qollu heç-heçə qeydə alınıb - VİDEO
  • Clock-gray 01:05
  • calendar-gray 18 Avqust 2019

İspaniya La Liqasında mövsümün ilk turu davam edir.

APA-nın məlumatına görə, turun daha beş qarşılaşması baş tutub.

“Real” səfərdə “Selta”nı 3:1 hesabı ilə məğlub edib. “Malyorka” “Eybar”a, “Osasuna” “Leqanes”ə qalib gəlib.

Günün digər iki matçında qalib müəyyənləşməyib. “Vilyareal” – “Qranada” görüşündə nadir təsadüf olunan 4:4 hesablı heç-heçə qeydə alınıb. “Valensiya” – “Real Sosyedad” matçında isə komandalar hərəyə 1 qol vuraraq, 1 xal qazanıblar.

Qeyd edək ki, tura avqustun 18-də yekun vurulacaq.

İspaniya La Liqası
I tur
17 avqust
“Selta” – “Real” – 1:3

Losada, 90 - Benzema, 12, Kross, 61, Vaskes, 80
“Malyorka” – “Eybar” – 2:1
Rodriges, 4, Oliveyra, 75 (avtoqol) – Oliveyra, 57
“Valensiya” – “Real Sosyedad” – 1:1
Qameyro, 58 – Oyarzabal, 90 (pen.)
“Leqanes” – “Osasuna” – 0:1
Avila, 75
“Vilyareal” – “Qranada” – 4:4
Kazorla, 35 (pen.), Qomes, 53, Moreno, 65, Çukvueze, 73 – Viso, 45, Maçis, 62, Soldado, 75, Puertas, 81

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date