Mahir Emreli: “İnanıram ki, “Dinamo”nun uğurlarında pay sahibi olacam”

Mahir Emreli: “İnanıram ki, “Dinamo”nun uğurlarında pay sahibi olacam”
# 03 fevral 2022 09:02 (UTC +04:00)

“Çox şadam ki, “Dinamo” ilə müqavilə bağlamışam. Bu, daim Xorvatiyada çempionluq titulu qazanan və avrokuboklarda oynayan klubdur”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

Zaqreb “Dinamo”suna keçən 25 yaşlı hücumçu klubun rəsmi saytına açıqlama verib: “Xüsusilə son illərdə keyfiyyətli oyun nümayiş etdirir. Son bir neçə mövsümdə bir sıra tarixi uğurlara imza atan klub Xorvatiya və ölkə xaricində nüfuza malikdir. Komandanın heyətində peşəkarlar var. Bu, ciddi klubdur. İnanıram ki, öz oyunum, səylərim nəticəsində komandanın gələcək uğurlarında pay sahibi olacam. Titulu qoruyacağımıza və yazda “Dinamo”nu Avropada layiqincə təmsil edəcəyimizə inanıram. Bu klubdan artıq Zaqrebin və Xorvatiyanın rəmzidir. Böyük sayda azarkeşləri olan komanda Xorvatiya və Avropada xüsusi çəkiyə malikdir”.

Qeyd edək ki, Emreli “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR