İtaliya A seriyasında XXIV tura start verilib.
Apasport.az saytının məlumatına görə, ilk gündə əzəli rəqiblər “İnter”lə “Milan” üz-üzə gəlib.
“İnter” ev sahibliyi etdiyi “Cüzeppe Meatsa”dakı qarşılaşmanın birinci hissəsində üstün nəzərə çarpıb. Bunun nəticəsi kimi, İvan Perişiç 38-ci dəqiqədə “neradzurra”nı hesabda önə keçirib.
Fasilədən sonra hücumda təzyiqi artıran “Milan” nəinki məğlubiyyətdən qaça, hətta önə də keçə bilib. Olivye Jiru dörd dəqiqə ərzində (75 və 78-ci dəqiqələrdə) dubla imza ataraq, “rossonyerlər”ə əzmkar qələbə qazandırıb – 2:1. Teo Ernandesin son saniyələrdə qırmızı vərəqə alması da nəticəyə təsir göstərməyib.
Bu qalibiyyət “Milan”ın turnir cədvəlinə liderlik edən əzəli rəqibinə yaxınlaşmasına kömək edib. Hazırda Simone İnzaginin yetirmələrinin aktivində 53 xal varsa, Stefano Piolinin komandası cəmi 1 xal geri qalır.
"Milan" "İnter"ə qalib gəlib
05 fevral 2022 22:58 (UTC +04:00)
Futbol
Əliyar Ağayev Yunanıstanda Fatih Terimin baş məşqçisi olduğu komandanın oyununu idarə edəcək
17:04
25 aprel 2024
“Fənərbaxça”-“Beşiktaş” derbisinin baş hakimi məlum olub
15:53
25 aprel 2024
"Qarabağ" ölkə kubokunun finalında
21:53
24 aprel 2024
Fransa klubu Zubiri transfer etmək istəyir
16:30
24 aprel 2024