Mirbağır İsayevin stadiona girişinə qadağa qoyulub

Mirbağır İsayevin stadiona girişinə qadağa qoyulub
# 22 aprel 2022 13:52 (UTC +04:00)

“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Mirbağır İsayev ağır cəzaya məruz qalıb.

Apasport.az saytının məlumatına görə, hazırda “Səbail”də çalışan 48 yaşlı mütəxəssis AFFA İntizam Komitəsi tərəfindən 10 matçlıq diskvalifikasiyaya məruz qalıb.

Buna səbəb U-17 Liqasında “Keşlə” ilə görüşdə klub rəsmisinin AFFA rəsmilərini təhqir etməsi olub. Onun qarşıdakı 10 görüşdə stadiona girişinə qadağa qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR