“Neftçi”nin futbolçusu Solomon Kverkveliya Gürcüstan milli komandasına dəvət olunub.
Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
31 yaşlı müdafiəçi AVRO-2024-ün seçmə mərhələsinin matçlarına çağırılıb. Gürcüstan millisi iyunun 17-də Kipr, 20-də isə Şotlandiya ilə qarşılaşacaq. Solomonun komandası hər iki görüşü səfərdə keçirəcək.
Qeyd edək ki, Kverkveliya Gürcüstan milli komandasının heyətində 48 oyunda meydana çıxıb.