PFL-ə yeni prezident seçilib

PFL-ə yeni prezident seçilib
# 29 iyul 2022 11:55 (UTC +04:00)

Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının (PFL) konfransı keçirilib.

Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, konfransda PFL prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Sərxan Hacıyev və elitanın 9 klubunun nümayəndələri iştirak ediblər.

Avrokubok oyunlarına görə səfərdə olduqlarından “Zirə”nin nümayəndəsi iclasda olmayıb. Konfransda PFL prezidenti Ramin Musayevin səhhəti ilə əlaqədar vəzifəsindən ayrılması məsələsinə baxılıb və qəbul edilib.

Daha sonra PFL prezidenti vəzifəsinə yeni seçkilər keçirilib. Elxan Səmədov yekdilliklə növbəti müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR