“Qəbələ”nin futbolçusu Utziq “Zirə”nin maraq dairəsinə düşüb

“Qəbələ”nin futbolçusu Utziq “Zirə”nin maraq dairəsinə düşüb
# 01 iyun 2023 11:25 (UTC +04:00)

“Qəbələ”nin futbolçusu Rafael Utziq Misli Premyer Liqasının daha bir klubunun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu “Zirə”nin transfer hədəfinə çevrilib.

Bakı klubunun baş məşqçisi Rəşad Sadıqov braziliyalını komandasında görmək istəyir. Onunla danışıqlara Azərbaycan kubokunun final matçından sonra start veriləcək.

Zirənin eyniadlı təmsilçisi Utziqə elçi düşən ilk komanda deyil. “Neftçi” də cənubi amerikalını heyətinə qatmağa çalışır.

Qeyd edək ki, Rafael Azərbaycan çempionatlarında 81 oyunda 15 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR