Regekampf: “Döyüş ruhu yüksək olan matça hazır olmalıyıq”

Regekampf: “Döyüş ruhu yüksək olan matça hazır olmalıyıq”
# 02 iyun 2023 17:43 (UTC +04:00)

“Final oyunudur. Çox çətin görüş olacaq”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

Rumıniyalı mütəxəssis Azərbaycan kubokunun “Qəbələ” ilə sabah keçiriləcək final oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında iştirak edib. Regekampf “Bakcell Arena”dakı görüş barədə danışıb: “Hər iki komanda kuboku qazanmaq üçün motivasiyalıdır. Təkcə "Qəbələ" haqda yaxşı danışmaq istəmirəm. Onlar çox yaxşı komandaya malikdirlər. Onlara hörmətlə yanaşmalıyıq. Finala qədər gəldikləri yola nəzər yetirməliyik. "Qəbələ" çox yaxşı komandalara qalib gələrək finala çıxıb. Buna hörmətlə yanaşmalıyıq. Döyüş ruhu yüksək olan matça hazır olmalıyıq. Sabahki oyunda qalib gəlmək üçün hər şey edəcəyik. Əlimizdə olan şansdan yararlanmağa çalışacağıq ki, kuboku qazanaq. Oyuna hazırıq. Şanslar iki tərəf üçün bərabərdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR