“Sumqayıt” Türkiyədə 4 yoxlama oyunu keçirəcək

“Sumqayıt” Türkiyədə 4 yoxlama oyunu keçirəcək
# 20 iyul 2019 19:10 (UTC +04:00)

2019/2020 mövsümü üçün hazırlıqlarını Ankaranın Kızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” futbol klubu təlim-məşq toplanışı ərzində 4 yoxlama oyunu keçirəcək.

APA-nın məlumatına görə, Ayxan Abbasovun yetirmələrinin rəqibləri və matçların tarixləri dəqiqləşib.

“Sumqayıt” iyulun 21-də Rumıniyanın “Petrolul”, 24-də Türkmənistanın “Ahal”, 29-da Türkiyənin “Gənclərbirliyi”, avqustun 1-də isə bu ölkənin digər təmsilçisi “Akhisar”la qarşılaşacaq.

Qeyd edək ki, qarşılaşmaların keçiriləcəyi yer və başlama saatları hələ dəqiqləşməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR