Yunanıstanda final oyunu Əliyar Ağayevə həvalə edilib

Yunanıstanda final oyunu Əliyar Ağayevə həvalə edilib
# 13 may 2022 17:14 (UTC +04:00)

Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan çempionatında daha bir oyuna təyinat alıb.

Apasport.az saytının məlumatına görə, FİFA referisi II Super Liqanın matçını idarə edəcək.

Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, Ağayev II Super Liqa finalının cavab qarşılaşmasında fit çalacaq. O, mayın 15-də keçiriləcək “Levadiakos” – “Veriya” oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR