“Zirə” üçün Konfrans Liqasında mümkün rəqibi bəlli olub

“Zirə” üçün Konfrans Liqasında mümkün rəqibi bəlli olub
# 18 iyul 2022 16:23 (UTC +04:00)

Konfrans Liqasının II təsnifat mərhələsində üz-üzə gələcək Azərbaycan təmsilçisi “Zirə” ilə İsrail klubu “Makkabi” (Təl-Əviv) növbəti raunddakı potensial rəqibini öyrənib.

Apasport.az saytının məlumatına görə, III mərhələdəki cütlüklər İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində müəyyənləşib.

“Zirə” - “Makkabi” matçlarından üstün ayrılacaq komanda III təsnifat mərhələsində “Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalib ilə qarşılaşacaq. “Zirə” avrokuboklarda yoluna davam edərsə, növbəti raundda ilk görüşünü evdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 4-də və 11-də olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR