"Qarabağ" Avropa Liqasında "Düdelanj"la matçda favoritdir

"Qarabağ" Avropa Liqasında "Düdelanj"la matçda favoritdir
# 12 dekabr 2019 14:49 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) oyununun əmsalları açıqlanıb.

APA-nın məlumatına görə, bukmekerlər Azərbaycan çempionunu aşkar favort hesab edirlər.

Bakıda baş tutacaq bugünkü qarşılaşmada “Qarabağ”ın qələbəsi 1,25 əmsalla qiymətləndirilib. Qonaqların qalib gəlməsinə 13,00 əmsal verilib. Görüşdə heç-heçə əmsalı isə 6,60-dır.

Qeyd edək ki, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Düdelanj” oyunu saat 21:55-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR