AVRO-2022-nin püşkatmasında Azərbaycan millisi A səbətində yer alacaq

AVRO-2022-nin püşkatmasında Azərbaycan millisi A səbətində yer alacaq
# 19 avqust 2020 12:17 (UTC +04:00)

Sentyabrın 2-də futzal üzrə AVRO-2022-nin seçmə qrup mərhələsinin püşkü atılacaq.

Apasport.az saytının məlumatına görə, mərasimdən öncə qitənin ali futbol qurumu milli komandaları reytinq cədvəlinə uyğun olaraq səbətlərə bölüb.

Yığmamız A səbətində yer alıb. Bu isə o deməkdir ki, həmin səbətdə yer alan komandalar qrup mərhələsində rəqib olmayacaqlar. Ümumiyyətlə, A, B, C qruplarının hər biri 8 komandadan təşkil edilib. Norveç D səbətində yer alıb. İlkin mərhələdən pley-off oyunlarına vəsiqə qazanan komandalar isə E qrupunda cəmləşiblər.

Püşk zamanı komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcəklər. Yəni qruplara hər səbətdən bir komanda daxil ediləcək. Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi isə pley-off görüşündə üz-üzə gələcək. Bu görüş 2021-ci ilin noyabrında keçiriləcək. AVRO-2022-nin final mərhələsi isə yanvarın 9-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq.

Qeyd edək ki, püşkatma mərasimi sentyabrın 2-də Bakı vaxtı ilə saat 15:15-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR