“Atletik” qələbədən sonra baş məşqçisini istefaya göndərib

“Atletik” qələbədən sonra baş məşqçisini istefaya göndərib
# 03 yanvar 2021 23:26 (UTC +04:00)

İspaniyanın “Atletik” klubu baş məşqçisi Qaiska Qaritanonu istefaya göndərib.

Apasport.az saytının məlumatına görə, bunu Bilbao təmsilçisi rəsmi saytı vasitəsilə bəyan edib.

“Atletik” La Liqanın XVII turunda bu gün “Elçe” üzərində 1:0 hesablı qələbə qazanmasına baxmayaraq, qarşılaşmadan sonra Qaritanonun postundan ayrıldığı açıqlanıb. 46 yaşlı çalışdırıcı 2018-ci ilin dekabrından əsas komandaya rəhbərlik edib.

Qeyd edək ki, “Atletik” hazırda 21 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR