Azərbaycan Premyer Liqasında turun bütün matçları eyni gündə olacaq

Azərbaycan Premyer Liqasında turun bütün matçları eyni gündə olacaq
# 31 may 2020 15:57 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının klubları sabahdan məşqləri bərpa edəcək.

Apasport.az saytının məlumatına görə, bu gün AFFA, PFL və klublar arasında baş tutan videogörüşdən sonra bu barədə qərar verilib.

Koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılan Premyer Liqanın yeni təqvimi də dəqiqləşib. Qərara alınıb ki, hər turun 4 qarşılaşması eyni gündə keçirilsin. Bu addım komandalara eyni istirahət və yüklənmə balansı verilməsi üçün atılıb.

Qeyd edək ki, Premyer Liqa XXI turdan etibarən bərpa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR