Azərbaycan çempionatının 2 oyunu hava şəraitinə görə təxirə salınıb

Azərbaycan çempionatının 2 oyunu hava şəraitinə görə təxirə salınıb
# 18 fevral 2021 12:38 (UTC +04:00)

Azərbaycan çempionatının I divizionunda iki oyun təxirə salınıb.

Apasport.az Peşəkar Futbol Liqasının saytına istinadən məlumatına görə, XIII turunun qarşılaşmalarının təxirə salınmasına güclü qar səbəb olub.

Fevralın 17-də start götürən, lakin yarımçıq dayandırılmış “Turan Tovuz” – “Sumqayıt-2” görüşü görülən bütün tədbirlərə baxmayaraq, davam etdirilməyəcək. Buna səbəb yağıntının davam etməsidir.

Həmçinin bu gün keçirilməli olan “Kəpəz” – “Qaradağ Lökbatan” qarşılaşması da analoji hava şəraiti ilə əlaqədar təxirə salınıb. Görüşlərin vaxtı barədə Peşəkar Futbol Liqası qərar verəcək.

Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt-2" oyunu dayandırıldığı vaxtdan (51:19) keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR