Azərbaycan millisinin baş məşqçisi: "İnkişaf etməyimiz üçün lazımlı oyun idi"

Azərbaycan millisinin baş məşqçisi: "İnkişaf etməyimiz üçün lazımlı oyun idi"
# 12 noyabr 2020 02:21 (UTC +04:00)

“Bəzi oyunçuları sınaqdan keçirmək üçün yaxşı oyun oldu. Güclü rəqibə qarşı oynayırdıq”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı mütəxəssis Sloveniya ilə yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransına qatılıb. De Byazi 0:0 hesabı ilə başa çatan matç barədə fikirlərini açıqlayıb: “Oyuna yaxşı başladıq. İlk hissədə topa nəzarət edən tərəf biz idik. Oyunun əvvəlində İsmayıl İbrahimlinin qol vurmaq imkanı oldu, təəssüf ki, istifadə edə bilmədi. İnkişaf etməyimiz üçün lazımlı oyun idi. İlk dəfə şans verdiyim futbolçuların oyunundan razı qaldım. Xüsusən, ilk hissədə Tellur Mütəllimovun oyunu daha yaxşı alındı. İkinci hissədə meydana daxil olan Musa Qurbanlı da topla az təmin olunmasına baxmayaraq, özünü yaxşı tərəfdən göstərə bildi. Monteneqro millisi ilə oyun bizim üçün çox vacibdir. İlk oyunda pis oynamamışdıq. Təəssüf ki, nəticə istədiyimiz kimi olmamışdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR