“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir

“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir
# 01 iyun 2020 10:56 (UTC +04:00)

Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni müdafiəçi qatmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Aksel Tuanzebenin xidmətində maraqlıdır.

“Ağ-qaralar” müdafiəçini icarəyə götürməyi planlaşdırır. “Beşiktaş” bu keçidi yayda gerçəkləşdirmək arzusundadır. Lakin Tuanzebe “Mançester Yunayted”də qalmaq, əsas heyətə düşmək uğrunda mübarizə aparmaq istəyindədir.

Qeyd edək ki, müdafiəçinin transfer qiyməti 8 milyon avro ilə dəyərləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR