Canni De Byazi: "Qısa zaman ərzində fərqli oyun tərzi hazırlamaq mümkün deyil"

Canni De Byazi: "Qısa zaman ərzində fərqli oyun tərzi hazırlamaq mümkün deyil"
# 26 mart 2021 21:09 (UTC +04:00)

“Qətər yığmasının son oyununu izləsək də, komanda haqda geniş məlumatımız yoxdur”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Qətər yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşü öncəsi deyib.

İki gün əvvəl DÇ-2022-nin seçmə mərhələsində İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə məğlub olan komandamız sabah Macarıstanda Qətərin qonağı olacaq.

İtaliyalı mütəxəssis mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Lüksemburqa qarşı keçirdiyi oyuna əsasən deyə bilərəm ki, fiziki cəhətdən güclü komandadır. Xüsusilə, irəli xətdə yer alan hücumçuları qeyd edə bilərəm. Serbiya ilə oyunöncəsi bizim üçün vacib test olacaq. Portuqaliya qarşılaşmasından sonra bu oyun komandamızın inkişaf etməsinə daha çox kömək edəcək”.

De Byazi Portuqaliya ilə görüşü də dəyərləndirib: “Qısa zaman ərzində fərqli oyun tərzi hazırlamaq mümkün deyil. Portuqaliya ilə oyundan öncə futbolçulara qələbə qazanmaq istədiyimi bildirim. Bununla belə, ilk hissə ilə müqayisədə, ikinci hissədə meydanda tam fərqli oyun nümayiş etdirməyi bacardıq. Sabahkı oyunda bəzi digər oyunçulara şans verə bilərəm. 30 nəfərlik geniş heyətə malikik və bütün oyunçular tam hazırdır”.

Qeyd edək ki, martın 27-də Macarıstanın Debretsen şəhərində keçiriləcək Qətər - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR