“Çelsi”nin akademiyası fəaliyyətini dayandırıb

“Çelsi”nin akademiyası fəaliyyətini dayandırıb
# 11 yanvar 2021 23:07 (UTC +04:00)

“Çelsi” klubu futbol akademiyasının fəaliyyətini dayandırıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirusa kütləvi yoluxmadır.

Akademiyanın oyunçularında 20 yoluxma faktı aşkarlanıb. Rəhbərlik bütün futbolçulara və məşqçilərə evdə qalmaları barədə məlumat verib. Akademiyanın oyunçuları həftə ərzində evlərində məşq edəcəklər.

Qeyd edək ki, “Çelsi”nin Premyer Liqada “Fulhem”lə yanvarın 15-də keçirilməli olan oyunu koronavirus səbəbindən bir gün sonraya təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR