“Çelsi”nin futbolçusu “Milan”a keçib

“Çelsi”nin futbolçusu “Milan”a keçib
  • Clock-gray 22:04
  • calendar-gray 17 Yanvar 2021

“Çelsi”nin futbolçusu Fikayo Tomori İtaliyaya köçüb.

Apasport.az saytının məlumatına görə, “Milan” uzun müddətdir danışıq apardığı 23 yaşlı müdafiəçini heyətinə cəlb etməyi bacarıb.

Klublar arasında aparılan danışıqlar müsbət yekunlaşıb. Mərkəz müdafiəçisi mövsümün ikinci yarısını “Milan”da icarə əsasında keçirəcək. “Rossonyerlər” yayda onu 30 milyon avroya birdəfəlik transfer etmək hüququna malikdir. Tomori yaxın günlərdə Milana yollanaraq, yeni komandasına qoşulacaq.

Qeyd edək ki, Fikayo Tomori cari mövsüm Premyer Liqada cəmi 1 matçda iştirak edib.

ApaSport

Digər xəbərlər