Çempionlar Liqasında yeni mövsüm oktyabrda başlayacaq

Çempionlar Liqasında yeni mövsüm oktyabrda başlayacaq
  • Clock-gray 17:45
  • calendar-gray 01 Aprel 2020

UEFA avrokubokların 2019/20 mövsümünün bərpasını iyula qədər təxirə salıb.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu qərar milli assosiasiyaların nümayəndələri ilə bugünkü iclasda verilib.

Qurum avrokubok mövsümünün koronavirus pandemiyası üzündən baş tutmayan oyunlarını iyul-avqust aylarında keçirməyi planlaşdırır. Bu baş tutsa, növbəti mövsüm də gec başlayacaq. 

Belə olan halda Çempionlar Liqasının 2020/21 mövsümünün oktyabrın 14-21-də başlayacaq. Milli assosiasiyalar çempionatların sona çatdırılması üçün iyundakı yay fasiləsindən imtina etməyə razılıq verib.

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqası 1/8 final mərhələsində dayanıb.

ApaSport

Digər xəbərlər