Devid Bekhemin keçmiş avtomobili 445 min funt stelinqə satılır

Devid Bekhemin keçmiş avtomobili 445 min funt stelinqə satılır
# 07 iyul 2020 16:02 (UTC +04:00)

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin keçmiş avtomobili satışa çıxarılıb.

Apasport.az saytının məlumatına görə, böyük britaniyalının 2003-18-ci illərdə sahib olduğu “Aston Martin V8 Volante” 445 min funt sterlinqə (555 min dollar) satılır.

Kabriolet son iki ildə “Aston Martin Works” emalatxanasının kolleksiyasında olub. Avtomobilin durumu istehsaldan çıxdığı kimidir.

Bekhemin avtomobili ötən əsrin 80-ci illərinin sonlarında istehsal olunan 78 ədəd “V8 Volante”dən biridir. Bu nəqliyyat vasitələri Ceyms Bond barədə 15-ci filmdə də görünüb.

Bekhem bu avtomobili 2003-cü ildə “Mançester Yunayted”də oynadığı vaxt alıb. “Real”a keçdikdən sonra “Aston Martin”i də İspaniyaya aparıb.

2018-ci ildə futbolçu avtomobilini “Aston Martin Works” atelyesinə satıb. 32 ildə maşın cəmi 61,3 min kilometr yol qət edib. Emalatxana 445 min funt sterlinqə satdığı avtomobilə 12 ay zəmanət də verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR