Elxan Məmmədov: “Virusu hələ məhv etməmişik”

Elxan Məmmədov: “Virusu hələ məhv etməmişik”
  • Clock-gray 13:24
  • calendar-gray 28 Yanvar 2020

“Danışılmış oyunlarla bağlı istintaq davam etdirilir. Hüquq-mühafizə orqanlarına minnətdarlığımızı bildiririk”.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov deyib.

O, assosiasiyanın növbəti Konfransı və İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin danışılmış oyunlarla bağlı suallarını cavablandırıb: “Onlar olmadan bu istiqamətdə işlər apara bilməzdik. Bizdə olan məlumata görə, digər idman növlərinin nümayəndələrinin də futbola müdaxiləsi var. Amma onlara cəza verə bilmərik. Çünki futbolla məşğul olmayıblar. Virusu hələ məhv etməmişik, bu, çox çətindir. Cinayət işlədən insanlar, bunu bir daha təkrarlamağa çalışırlar. Bütün dünyada bu problem var. Bəzi ölkələrdə federasiyalar aktiv mübarizə aparırlar, eyni ilə bizimki kimi”.

ApaSport

Digər xəbərlər