Filip İvanoviç: “Azərbaycan yığması arzuolunmaz rəqibdir”

Filip İvanoviç: “Azərbaycan yığması arzuolunmaz rəqibdir”
# 16 dekabr 2020 15:14 (UTC +04:00)

“Azərbaycan millisi sürpriz baş verə biləcək maraqlı qrupa düşüb”.

Bunu apasport.az saytına “Sabah” klubunun müdafiəçisi Filip İvanoviç Azərbaycan yığmasının DÇ-2022-nin seçmə mərhələsində düşdüyü qrupu dəyərləndirərkən deyib.

Serbiyalı futbolçu millimizin həmyerliləri ilə eyni qrupda yer almasına da münasibət bildirib. O, Serbiyanı qrupun favoritləri qismində görür: “İlk iki yerə favoritlər Portuqaliya və Serbiyadır. Düşünürəm ki, sürprizlər də olacaq, çünki futbol gözlənilməzliklərlə doludur. Real danışmaq lazımdır, Portuqaliyadan sonra ikinci yerə ən iddialı komanda Serbiyadır. Azərbaycan yığması isə üçüncü yer uğrunda mübarizə apara bilər”.

28 yaşlı oyunçu millimizin qrupdakı şanslarına da toxunub: “Azərbaycan yığması bütün komandalar üçün arzuolunmaz rəqibdir. Komandanızın qrupda mümkün qədər çox xal toplamasını istərdim. Hər kəs öz ölkəsinin yığmasının uğurunu arzulayır. Fikrimcə, qrupda ikinci yeri tuta biləcəyini göstərmək yığmanızın özündən asılıdır”.

Qeyd edək ki, Canni de Byazinin yetirmələri A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla qarşılaşacaq. Yığmamızın ilk oyunu 2021-ci il martın 24-də səfərdə Portuqaliyaya qarşı olacaq. Serbiya ilə görüşlər isə 30 mart və 12 oktyabr tarixlərinə təsadüf edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR