“Fənərbaxça” iki futbolçu ilə anlaşıb

“Fənərbaxça” iki futbolçu ilə anlaşıb
# 15 yanvar 2021 22:46 (UTC +04:00)

Transfer çalışmalarını davam etdirən “Fənərbaxça” iki oyunçunun keçidini həll edib.

Apasport.az saytının məlumatına görə, Limassol “Apollon”unun müdafiəçisi Atilla Şalay və “Kuinz Park Reyncers”in üzvü Brayt Osayi-Samuel Türkiyə klubu ilə anlaşıb.

İstanbul təmsilçisi 22 yaşlı Atilla ilə razılıq əldə olunduğunu rəsmən açıqlayıb. Futbolçu tibbi müayinədən keçmək və müqavilə bağlamaq üçün yaxın günlərdə İstanbula yollanacaq.

“Kuinz Park Reyncers”lə müqavilə müddəti yaya qədər olan Braytla anlaşma isə mövsümün sonu üçündür. 24 yaşlı yarımmüdafiəçi yayda “sarı-lacivərdlilər”lə azad agent kimi sözləşmə bağlayacaq.

Qeyd edək ki, “Fənərbaxça” “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özillə ilkin razılıq əldə etsə də, maliyyə məsələləri ilə bağlı danışıqlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR