Futbol üzrə Türkiyə Super Liqasının son 4 turuna azarkeşlər buraxıla bilər

Futbol üzrə Türkiyə Super Liqasının son 4 turuna azarkeşlər buraxıla bilər
# 06 may 2020 16:01 (UTC +04:00)

Türkiyə Super Liqasında son turların oyunlarına azarkeşlər buraxıla bilər.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir deyib.

Bu gün video-mətbuat konfransı keçirən federasiya rəhbəri koronavirus pandemiyası ilə əlaqədar dayandırılan çempionat matçlarının əvvəlcə boş tribunalar önündə olacağını söyləyib. Lakin prezident ölkədə vəziyyət yaxşılığa doğru dəyişəcəyi təqdirdə, son 4 turda oyunların azarkeşlərlə keçirilə biləcəyini vurğulayıb.

Qeyd edək ki, Türkiyə Super Liqası XXVI turdan sonra martın 19-da dayandırılıb. TFF mövsümün iyunun 12-də bərpa olunmasını qərara alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR