İki ölkə Amerika Kubokundan imtina edib

İki ölkə Amerika Kubokundan imtina edib
# 16 mart 2021 09:47 (UTC +04:00)

Amerika Kuboku 10 komandanın iştirakı ilə keçiriləcək.

Apasport.az saytının məlumatına görə, iki yığma turnirə qatılmaqdan imtina edib.

Yarışda digər qitələrdən millilərin iştirakı ənənəvi hal olsa da, budəfəki dəvətlilər Avstraliya və Qətər təklifi müsbət cavablandırmayıb. Amerika Kuboku əslində ötən il baş tutmalı idi. Lakin koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınıb.

Tarixdə ilk dəfə iki ölkə - Kolumbiya və Argentinanın ev sahibliyi edəcəyi turnir 11 iyun - 10 iyul tarixlərində olacaq. Komandalar iki qrupa bölünəcək. Argentina, Boliviya, Paraqvay, Uruqvay və Çili A qrupunda, Braziliya, Venesuela, Kolumbiya, Peru və Ekvador isə B qrupunda yer alacaq. Hər qrupdan dörd komanda pley-offa çıxacaq.

Qeyd edək ki, DÇ-2022-nin ev sahibi Qətər millisi Avropa zonası üzrə seçmə mərhələnin A qrupunda iştirak edən komandalarla yoldaşlıq görüşləri keçirəcək. Qətərlilər martın 27-də Macarıstanda Azərbaycan millisi ilə üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR