İlin ən yaxşı qadın futbolçusu bəlli olub

İlin ən yaxşı qadın futbolçusu bəlli olub
# 17 dekabr 2020 23:29 (UTC +04:00)

2020-ci ilin ən yaxşı qadın futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, FİFA-nın mükafatının sahibi qurumun İsveçrənin Sürix şəhərindəki mənzil qərargahında təşkil olunan tədbirdə elan olunub.

Koronavirus pandemiyası üzündən onlayn keçirilən mükafatlandırmada milli komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər, həmçinin azarkeşlər arasında keçirilən səsvermənin qalibi açıqlanıb. Ən yaxşı adına Lüsi Bronz (İngiltərə, “Lion”/“Mançester Siti”) layiq görülüb. O, Pernil Harder (Danimarka, “Volfsburq”/“Çelsi”) və Vendi Renarı (Fransa, “Lion”) qabaqlayıb.

Qeyd edək ki, ötən il ən yaxşı adına Meqan Rapino (ABŞ, “Reyin”) layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR