İngiltərə kubokunu qazanmış komandanın 12 xalı silinib

İngiltərə kubokunu qazanmış komandanın 12 xalı silinib
# 01 iyul 2020 17:56 (UTC +04:00)

İngiltərə Futbol Assosiasiyası “Uiqan” klubunu cəzalandırıb.

Apasport.az saytının məlumatına görə, buna klubun koronavirus səbəbindən üzləşdiyi maliyyə çətinlikləri səbəb olub.

Klubun honkonqlu sahibləri yeni investorlar tapmağa çalışsa da, bu cəhd uğursuz alınıb. Assosiasiya “Uiqan”ın hesabından 12 xal silib.

Çempionşipdə keçirdiyi 40 oyunda 50 xal toplayan komanda bu cəzaya qədər 14-cü pillədə qərarlaşmışdı. Xal silinməsi 2012/13 mövsümündə İngiltərə kubokunu başı üzərinə qaldıran klubu sonuncu pilləyə yuvarlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR