Kərim Benzema “Real”ın yeni müqavilə təklifini qəbul etməyib

Kərim Benzema “Real”ın yeni müqavilə təklifini qəbul etməyib
# 12 fevral 2021 09:58 (UTC +04:00)

İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema yeni müqavilə imzalamağa tələsmir.

Apasport.az saytının məlumatına görə, “kral klubu” yeni 1 illik saziş təklif etsə də, fransalı forvard gözləməyi məqsədəuyğun bilib.

Hazırkı müqavilə müddəti 2022-ci ilin yayına qədər olan 34 yaşlı oyunçu həmin vaxta qədər danışıq aparmaq fikrində deyil. Çünki Benzema gələn ilki fiziki formasına və komandadakı mövqeyini itirib-itirməməsinə əsasən qərar verəcək. Forvardın sabiq komandası “Lion”a qayıtması da istisna deyil.

Qeyd edək ki, Benzema cari mövsüm La Liqada keçirdiyi 20 oyunda 11 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR