“Mançester Yunayted" Premyer Liqada 7 illik həsrətə son qoyub

“Mançester Yunayted" Premyer Liqada 7 illik həsrətə son qoyub
# 25 iyun 2020 00:02 (UTC +04:00)

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Antoni Marsial het-trikə imza atıb.

Apasport.az saytının məlumatına görə, XXXI turun “Şeffild Yunayted”lə görüşündə (3:0) hər üç qolun müəllifi olan hücumçu klub karyerasında ilk dəfə belə məhsuldar matç keçirib.

Marsial ilk het-trikini 284-cü oyununda rəsmiləşdirib. O, cari mövsümdə vurduğu qol sayını da 19-a çatdırmaqla şəxsi rekorduna imza atıb.

“Mançester Yunayted” isə Premyer Liqada 7 ildən sonra futbolçusunun het-trikinə sevinib. Son 263 matçda belə hal yaşanmamışdı.

Sonuncu het-trikə 2013-cü ilin aprelində Robin Van Persi imza atıb. O, “Aston Villa”ya qənim kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR