“Mançester Yunayted”in futbolçusu irqçiliyə məruz qalıb

“Mançester Yunayted”in futbolçusu irqçiliyə məruz qalıb
# 28 yanvar 2021 12:45 (UTC +04:00)

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Aksel Tuanzebe irqçiliyə məruz qalıb.

Apasport.az saytının məlumatına görə, hadisə Premyer Liqanın XX turunda “Şeffild Yunayted”lə matçdan sonra baş verib.

“Qırmızı şeytanlar”ın 1:2 hesabı ilə məğlub olduğu görüşün ardından müdafiəçinin sosial şəbəkədə iki həftə əvvəlki paylaşımına irqçi ifadələr yazılıb, “smayliklər” qoyulub. Maraqlıdır ki, bu, 24 yaşlı futbolçunun cari mövsüm start heyətində meydana çıxdığı ilk oyun olub.

Qeyd edək ki, Aksel Tuanzebe bu mövsüm Premyer Liqada ümumilikdə 5 oyunda iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR