“Marakana”nın adı dəyişib, Pele stadionu ola bilər

“Marakana”nın adı dəyişib, Pele stadionu ola bilər
  • Clock-gray 09:37
  • calendar-gray 10 Mart 2021

Dünyanın ən məşhur stadionlarından biri olan “Marakana”nın adı dəyişdirilə bilər.

Apasport.az saytının məlumatına görə, Braziliyanın Rio-de-Janeyro şəhərindəki arenaya Pelenin adının verilməsi planlaşdırılır.

Bu layihənin müzakirəsi Rio-de-Janeyro ştatının qanunverici orqanının gündəliyinə daxil edilib və deputatlar tərəfindən dəstəklənib. Stadionun adının dəyişdirilməsi üçün yerli qubernatoru Klaudio Kastronun razılığı lazımdır.

Layihənin müəlliflərinin fikrincə 80 yaşlı “Futbol kralı” “Marakana” stadionu kimi Braziliya futbolunun rəmzidir. Buna görə də bir rəmzin digərinin adını daşıması məntiqlidir. Stadionun əvvəlki adı yalnız qeyri-rəsmi səviyyədə saxlanılacaq.

Pele üç dəfə dünya çempionu olan yeganə futbolçudur. 1950-ci ildə açılışı olan “Marakana” həmin il keçirilən dünya çempionatının Uruqvayla final görüşündə 200 min tamaşaçı toplamaqla rekord vurub.

Qeyd edək ki, ötən il daha bir əfsanə Dieqo Maradonanın adı İtaliyanın Neapol şəhərindəki “San Paolo” stadionuna verilib.

ApaSport

Digər xəbərlər